Azərbaycan Ordusu öz müqəddəs missiyasını şərəflə yerinə yetirir

1283

İyunun 26-da Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə milli ordunun 100 illik yubileyi münasibətilə bayram tədbiri keçirilib.

əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin həyətində ucalan büstü önünə gül dəstələri düzülüb.

Torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə şəxsi heyətə ünvanlanmış məktubu oxundu. Xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı əmr elan edildi.

“N” saylı hərbi hissənin hərbi qulluqçularının və şəxsi heyətini bayram münasibətilə təbrik edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illər silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istqamətində mühüm işlər görülüb. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. 2016-cı ilin aprel döyüşləri və nəhayət, bu il Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir.

Digər çıxış edənlər Milli Ordumuzun yaranmasının 100-cü ildönümü münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.

Sonra xidmətdə fərqlənən bir sıra hərbi qulluqçuya Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Tədbir geniş konsert proqramı ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər