Azərbaycan Turizm İnstitutunda kreativlik: H.Əliyev-90 bayramı

1550

Kreativ Azərbaycan: ədəbi-kulturoloji görüş Azərbaycan Turizm İnstitutunun tələbələrinin qonağı gənc şairlər oldu…

XIII Bakı Kitab Bayramı: Kulturoloji Tədbirlər Silsiləsindən…

Bu gün – mayın 17-də Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, “Öndərin yadigarı – intellektual-kreativ Azərbaycanımızı sevək…” sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.

Müxtəlif nəsil şair və yazıçıların, tələbələrin, jurnalistlərin, müəllimlərin iştirak etdiyi, Azərbaycan Turizm İnstitutunun tələbələri və gənc pedaqoqları ilə keçirilən tədbir kreativ formatda – kitab bayramı, təqdimat, poeziya məclisi və diskussiya şəklində baş tutdu. Məclisi ATİ dekanı Sevda Vəzirova açdı, gələn qonaqları salamladı, təhsil müəssisəsi haqqında məlumat verdi, rektorluğun salamlarını yaradıcı insanlara çatdırdı. Tədbir ATİ baş müəllimi Vüsalə Məmmədzadənin təşəbbüsü ilə keçirilirdi…

YYSQ sədri, kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi, vurğuladı ki, bütün bunlar Prtezident İlham Əliyevin apardığı daxili ictimai-mədəni siyasətin nəticəsində mümkün olub, eləcə də, o, kitabxana.net – Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş məlumatlar verdi. Natiq çağdaş Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin yubileyi ilə əlaqədar keçirtdikləri müxtəlif tədbirlər haqqında danışdı, portalın xüsusi yeni bölümləri barədə danışdı.

Tədqiqatçı Adıgözəl Məmmədov “Kreml rəhbərlərinin psixoloji portretləri” adlı kitabı haqqında danışaraq sabiq SSRİ dövründə dövlətin əsas rəhbərlərindən biri kimi Heydər Əliyevin tarixi fəaliyyətləri barədə tələbələrə danışdı.Sonra müxtəlif nəsil şairlərdən prezident təqaüdçüləri Narıngül, Könül Səid, Şəfəq Sahibli, Sahilə, Fərid Hüseyn, Zaur Qəriboğlu qələmə aldıqları yeni şeirlərdən nümunələri oxudular, oxucularla öz fikirlərini bölüşdülər.

Yazarlar öz kitablaını imzalayıb institutun əməkdaşlarına, tələbələrə, və gənc oxuculara bağışladılar.
YYSQ tərəfindən Azərbaycan Turizm İnstitutunun hədiyyə kimi 300-dən çox kitabdan ibarət minikitabxana nümayiş etdirildi.

YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən “Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti” şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı” adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən “Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması” kulturoloji-ədəbi İnternet layihəsi haqqında tanıtım təqdimatlar etdi…

Maraqlı ədəbi-poetik məclisi formasında davam edəcək tədbirdə yazar-qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan tələbələr öz şeirlərini oxudu, Heydər Əliyev və mədəniyyət, ədəbiyyat ətrafında çıxışlar oldu, maraqlananların sualları cavablandırıldı…

Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər