Azərbaycan – Ukrayna FİNALI: Deputatlar bu gün son oyuna çıxacaqlar

210

Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin finalçıları bəlli olub.

Modern.az saytı xəbər verir ki, bu gün Bakıdakı “İnter Arena”da keçiriləcək final olununda Azərbaycan və Ukrayna komandaları üz-üzə gələcək.

Oyun saat 12.00-da başlayacaq.
Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparacaqlar.Xatırladaq ki, Azərbaycan komandası Latviyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Ukrayna deputatları isə türkiyəli həmkarlarını 4:2 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər