AZƏRBAYCAN VƏKİLLƏRİ şahmat turniri üçün SUMQAYITI SEÇDİ - FOTOLAR

298

İyunun 15-də Vəkillər Kollegiyasının “Vəkil klubu” tərəfindən Sumqayıt Şahmat Məktəbində “15 iyun – milli qurtuluş günü” və Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil Şahmat” yarışması keçirilmişdir.

Yarışmanın məqsədi ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarət idi.

Respublika üzrə yarışa 28 vəkil və vəkilliyə namizədlər qatılmışdır.

Bir gün ərzində keçən yarışmanın nəticəsində “Əkrəm Həsənov və partnyorları” vəkil bürosunun müdiri, vəkil Əkrəm Həsənov 1-ci, “Femida” Vəkil Bürosunun müdiri, vəkil Pənah Məmmədov, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Aydın Ələkbərov, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Rahim Alışov, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Namiq Mustafayev, “Femida” Vəkil Bürosunun vəkili Elşən Səfərov 2-ci, Gəncə şəhər Vəkil Bürosunun müdiri, vəkil Camal Əliyev 3-cü yeri tutmuşlar.

Qeyd olunmalıdır ki, yarışma Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Dağıstan Respublikası Vəkillər Kollegiyasının sədri Akif Beybutov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü cənab Muxtar Mustafayev,  Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı tərəfindən izlənilmişdir.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, yarışın mükafat fondu 900 manat təşkil edir. 1-ci yer tutana 400 manat, 2-ci yer tutana 300 manat və 3-cü yer tutana 200 manat mükafat və fəxri diplomlar təqdim olunacaqdır.

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı “I Vəkil Şahmat” yarışmasının keçirilməsinə yaradılan şəraitə görə şəhər rəhbəri Zakir Fərəcova təşəkkürünü bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər