Azərbaycan yollarında qırğın: 7 nəfər öldü

1327

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 7 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən Bakının Nizami rayonunda “QazEl” markalı yük maşını ahıl kişini vurub öldürüb. Gecə saatlarında isə Qaradağda “VAZ” markalı minik avtomobilinin “KamAZ”a çırpılması 2 nəfərin ölümünə səbəb olub.

Daha bir ağır qəza Bərdə şəhərinin Koroğlu küçəsində qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin ağaca çırpılması 2 gəncin ölümü ilə nəticələnib.

Bundan başqa, İsmayıllı rayonunun Qalacıq kəndində “Niva”nın aşması, Sabirabadda isə minik avtomobilinin kanala düşməsi də insan itkisi ilə nəticələnib.

Hər bir faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər