Azərbaycanda anasını öldürən 5 yaşlı uşaq polisə ifadə verdi

1962

Ağsu rayonunda 5 yaşlı uşağın anasını öldürməsinin təfərrüatı məlum olub.

Bico kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Samirə İmaməliyevanı ov tüfəngi ilə öldürən 5 yaşlı oğlu mayın 28-də ifadə verib:

 “Samirənin gözəl bir ailəsi var. Həyat yoldaşı ilə aralarında heç vaxt söz-söhbət olmayıb. Onların iki uşağı var. Böyük qızının 8, oğlunun isə 5 yaşı var. Anası yatıbmiş. Oğlu da ov tüfəngi ilə oynayırmış. Necə olubsa, ayağı ilişib yıxılıb. Uşaq yıxılan kimi tüfəng acılıb, güllə anasının başından dəyib. Qadın elə oradaca dünyasını dəyişib. Uşaq istintaqa ifadəsində belə deyib”.

Qeyd edək ki, Ağsuda ana öz oğlu tərəfindən güllələnib. Rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər