Azərbaycanda bölgələr üzrə virusa yoluxma GÖSTƏRİCİLƏRİ

154

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Modern.az saytı koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.

Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,3 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2 faizlə Quba-Xaçmaz, 1,7 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 fazilə Naxçıvan Muxtar Respublikasındadır.

Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər