Azərbaycanda dəhşətli olay: binanın tüstü bacasında qadın meyiti tapıldı

1071
Bakıda binanın tüstü bacasında qadın meyiti tapılıb.
Binəqədi rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Təhminə İsmayıl qızı Nəcəfovanın yaşadığı Atatürk prospekti ev 30/78, “D” blokunda yerləşən tüstü bacasında meyiti aşkar edilməsi barədə daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib, bina sakinlərinin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, T.Nəcəfova öz mənzili ilə qonşu mənzil arasında yerləşən tüstü bacasına yıxılıb. Köməksiz qalan qadın orada ölüb. Onun meyiti qohumları tərəfindən aşkar edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər