Əsgər övladlarının görüşündən qayıdan ailə qəzaya düşdü, hamısı həlak oldu - YENİLƏNİB - VİDEO - FOTO

1775

Bərdədə avtomobil qəzası zamanı ölən 4 nəfər əsgər övladlarının yanından qayıdırlamış.

sumqayitxeber.com-un report-a istinadən verdiyi məlumata görə, Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.

Qeyd edək ki, gecə saatlarında “VAZ-21011” markalı avtomobil “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə, Goranboy rayon sakinləri, “VAZ-21011” markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

***

 

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

“KamAZ” markalı yük avtomobili ilə “VAZ-21011” maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər