Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb

1503

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Trend-in məlumatına görə, ötən il ərzində Azərbaycanda 57 109 nəfər dünyasını dəyişib ki, bu da 2016-cı illə müqayisədə çoxdur. 2016-cı ildə Azərbaycanda 56 648, 2015-ci ildə 54 697, 2014-cü ildə 55 648, 2013-cü ildə isə 54 383 nəfər dünyasını dəyişib.

Ötən il dünyasını dəyişənlərin 33 663 nəfəri (2016-cı ildə 34 093) qan dövranı sistemi xəstəliklərindən, 8665 nəfəri (2016-cı ildə 8252) yenitörəmələrdən, 1839 nəfəri tənəffüs orqanları xəstəliklərindən (2016-cı ildə 1815), 2769 nəfəri (2016-cı ildə 2731) isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

2017-ci ildə hər 100 min nəfər arasında 586,7 ölüm halı qeydə alınıbsa, 2016-cı ildə bu rəqəm 587.8, 2015-ci ildə 574 olub.

Ümumilikdə ötən il hər 100 min nəfər əhalinin 345.8 nəfəri qan dövranı sistemi xəstəliklərindən, 89 nəfəri yenitörəmələrdən, 18.9 nəfəri tənəffüs sistemi xəstəliklərindən, 28.4 nəfəri travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər