Azərbaycanda fabrik direktoru yol qəzasında öldü

1108
Abşeron rayonunda sərxoş piyadanı avtomobil vuraraq öldürüb.
ONA-nın məlumatına görə, 1945 – ci il təvəllüdlü Əvəzov Səxavət Xosaxan oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən taksi fəaliyyəti ilə məşğul olan Orxan Məmmədovun idarə etdiyi avtomobil tərəfindən vurulub. Sürücü yaralını xəstəxanaya apararkən S.Əvəzov yolda keçinib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) şöbəsinə  aparılıb. Sürücü saxlanılıb.
Qeyd edək ki, ekspertizanın ilkin rəyinə əsasən S.Əvəzov sərxoş vəziyyətdə olub. Ölən şəxs Müşviqabad qəsəbəsində yerləşən Quşçuluq fabrikinin direktoru olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər