Azərbaycanda pornoqrafiya həvəskarı olan ata qızını zorladı

2063

Zorlanmanın qurbanı olan 20 yaşlı qız polisə əvvəllər məhkum olmuş atalığından şikayət edib

Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

 Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.

Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.

2018-ci ilin başlanmasından bu yana daxili işlər orqanları Bakıda 7 zorlama faktını qeydə alıb. Onlardan 6-sının üstü açılıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər