Azərbaycanda siyasi dialoq prosesi inkişaf edir

353

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini vurğulayıb və siyasi münasibətlərdə sağlam dialoq mühitinin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev 21 sentyabr 2020-ci il tarixdə BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışında qeyd edirdi ki, Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.

Dövlətimizin başçısı 44 günlük vətən müharibəsi zamanı, 22 oktyabr 2020-ci il tarixdə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı da siyasi dialoqun vacibliyinə diqqət çəkirdi: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”

44 günlük Vətən Müharibəsində siyasi partiyalar xalqımızla, Ali Baş Komandanla, Ordumuzla bərabər oldu. Müharibə dövründə əksər siyasi partiyalar və birliklər birmənalı şəkildə xalqımızın haqq işinə öz dəstəyini verdi.

Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan cəmiyyətinin yüksək həmrəyliyi mühüm rol oynadı. Ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşuldular.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışında bir daha mövzuya toxunaraq yeni dövrdə siyasi dialoqun dərinləşməsinin vacibliyinə diqqət yetirdi: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Son bir neçə ildə bu istiqamətdə mühüm irəliləyiş əldə olunduğunu müşahidə edirik. Qısa müddət ərzində ölkəmizdə il “siyasi dialoq” məfhumunun aktuallaşmasını görürük. Ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi, ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması, siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması ilə yadda qaldı. Eyni zamanda ötən dövrdə siyasi sistemin sağlamlaşdırılmasının da şahidi olduq.

Ötən dövrdə “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi siyasi dialoq mühitinin inkişaf etdirməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu Prezident İlham Əliyevin təşəbbüsü ilə Siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

Dialoq mühiti siyasətdə açıq münasibətlərin qurulmasını edir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq siyasi münasibətlərdə iştirak edən bütün tərəflər yeni qanunun hazırlanması prosesinə cəlb edildi.

Sözsüz ki, təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha da yaxınlaşdırır. Eyni zamanda, dialoq mühiti siyasi partiyaların öz qüvvələrinə obyektiv qiymət verməsi üçün şərait yaratdı. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədiklərindən fəaliyyətlərini dayandırdıqlarını elan etdilər.Bəli, dövlət başçısının dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər ölkəmizdə intensiv şəkildə təbliğ olunan siyasi dialoq prosesi göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi var. İnkişaf fərqi bir çox tərəflərin təzyiq aləti kimi istifadəsinə əlverişli şərait yaradıb. İnkişafında durğunluq yaşayan siyasi partiyalar artıq ölkənin siyasi sisteminin funksional imkanlarından istifadə edə bilmirlər. Belə ki, zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Ona görə də yeni Qanun tərəflərin qüvvələrinin balanslaşdırılmasına və adekvat rəqabət mühitinin yaradılmasına xidmət edir.

Təəssüf hissi ilə qeyd edirik ki, bəzi radikal qüvvələrin qeyri-obyektiv mövqeyi, xarici qüvvələrinin marağına xidmət edən fikirləri ilə, şərhləri ilə rastlaşırıq. Radikalların qərəzli siyasi ritorikası hakimiyyətin ötən dövrdə əldə etdiyi uğurları gözdən salmağa yönəlib. Bu cür ritorika sağlam əməkdaşlığa təkan vermir, cəmiyyətin parçalanmasına xidmət edir.

Saleh Şükürlü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər