Azərbaycanı “Eurovision”da kim təmsil edəcək ?

840

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil edilən milli seçim turunun beşinci yarımfinalçısı məlum olub.

Lent.az-ın məlumatına görə, İctimai TV-nin canlı yayımında 9 nəfər öz gücünü sınayıb.

Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, milli seçim turunun beşinci həftəsinin qalibi leyla Qafari olub

Qeyd edək ki, milli secim turunun əvvəlki həftələrinin qalibləri – Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadiyeva , Leyla Əliyeva olub.

Xatırladaq ki, ümumilikdə 80-ə yaxın namizəd “Eurovision 2013” –də Azərbaycanı təmsil etmək uğurunda mübarizə aparacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq.

Azərbaycan mayın 16-da ikinci yarımfinalda, ikinci nömrə altında çıxış edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər