Azərbaycanın 59 yaşlı xalq artisti ərə gedir

1752

Azərbaycanın xalq artisti, tanınmış komediya aktrisası Fatma Mahmudova ərə getməyə hazırlaşır. Onun ailə quracağı şəxs əcnəbidir. Xalq artisti özü də bu məlumatı təsdiqləyib. Aktrisa ATV telekanalında verilişlərin birinin efirində bildirib ki, fikri ciddidir: “Çoxları məni tənqid edir, lakin anlamıram, axı burda nə var ki? Mənim qızlarım çoxdan ərdədirlər, nəvələrim var və indi isə özüm üçün yaşamaq istəyirəm. Doğmalarım bu qərarıma etiraz etmirlər. Ailə quracağım şəxs zəngin adamdır, onun 57 yaşı var və Moskvada yaşayır. O, çoxdandır ki, mənə diqqət yetirsə də, mən daim etiraz edirdim, lakin indi ailə qurmağa razılıq verdim. Mən ərə gedəcəyəm və heç kim buna mane ola bilməz”.

F.Mahmudovanın toy mərasimi iyunun 24-də, yaxınlarının əhatəsində baş tutacaq.

Qeyd edək ki, F.Mahmudova 1954-cü ildə Ağdamda anadan olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər