Azərbaycanın daha böyük zəfərləri qarşıdadır

580

44 günlük Vətən müharibəsinin hər saatı, hər dəqiqəsi bizi qələbə xəbərləri ilə sevindirir və qürurlandırırdı. Xalqımız hər gün Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevdən yeni-yeni qələbə müjdəli xəbərlər gözləyirdi. Hərbi əməliyyatların davam etdiyi müddətdə ordumuzun mühüm uğurlarından biri də 25 oktyabr 2020-ci ildə Qubadlının azad olunması oldu. Qüdrətli ordumuz tərəfindən Qubadlıya nəzarətin təmin edilməsi Laçın rayonununda düşmən işğalından xilas edilməsinə əlverişli imkan yaratmış oldu. 8 noyabr Şuşa zəfəri qələbəmizin möhtəşəm yekunu idi.Düşmən kapitulyasiyanı qəbul edərək təslim oldu.

Hər bir rayonumuzun azad edilməsinin ildönümü tarixini ölkə prezidenti Cənab İlham Əliyev həmin bölgədən olan ictimaiyyət nümayəndələri, keçmiş məcburi köçkünlər, ziyalılar ilə birlikdə Qarabağda, Şərqi Zəngəzurda qeyd edir. Belə əlamətdar tədbirlər zamanı ölkə başçımız həmin bölgələrimizin bərpası ilə əlaqədar mühüm tapşırıqlar verir, həmçinin, vacib obyektlərin təməlqoyma mərasimlərində yaxından iştirak edir.

25 oktyabr 2021-ci ildə ölkə prezidentinin Qubadlı rayonuna səfəri əlamətdar hadisələrlə zəngin oldu. Tədbirdə əvvəlcə ölkə başçısına Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları haqqında geniş və ətraflı məlumat verildi. Qeyd olundu ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur. Təməli qoyulan yeni yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Laçın rayonlarının ərazisindən keçir, Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, 30-dan çox vacib yaşayış məntəqəsini əhatə edir.

Düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları elektirik enerjisi istehsalı baxımından da perspektivli ərazilərdir. Bu baxımdan yeni “Qubadlı” yarımstansiyasının inşası ətraf rayonların fasiləsiz enerji təminatına mühüm töhvələr verəcək. Burada çalışan işçi heyəti üçün səmərəli, təhlükəsiz iş şəraitinin yaradılması məqsədilə ən son texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. “Qubadlı” yarımstansiyasının fəaliyyəti ən müasir tələblərə uyğun qurulub.

Qubadlı rayonunun Ermənistanla sərhəd olduğunu nəzərə alsaq burada yeni hərbi hissələrin yaradılmasıda ən vacib məsələlər sırasındadır. Ordumuzun döyüş qabiliyyətinin gücləndirilməsini daim xüsusi diqqətdə saxlayan Müzəffər Ali Baş Komandan İlham Əliyev zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə də vəzifələrin mütəşəkkil şəkildə icra olunmasını təmin edir. Ölkə başçısının Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirakı deyilənlərin əyani sübutudur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 25 oktyabr 2021-ci il tarixində azad olunmuş Qubadlıya səfəri və burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü xalqımızı bir daha ürəkdən sevindirdi və bizi bir daha əmin etdi ki, Azərbaycanın daha böyük zəfərləri hələ qarşıdadır.

Cavid Məmiyev, 

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər