Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və heç bir müzakirə predmeti ola bilməz

440

Prezident İlham Əliyev həmişə çıxışlarında və bəyanatlarında qeyd edib ki, Qarabağın etnik erməniləri bu ərazilərdə Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər, lakin onların heç bir statusu, müstəqilliyi, xüsusi imtiyazları olmayacaq.
Azərbaycan həm Vətən müharibəsi zamanı, həm də ondan sonra həmişə humanizm prinsiplərinə sadiq qalıb və beynəlxalq hüquqa hörmətlə yanaşıb.
Prezident İlham Əliyev hər zaman çıxışlarında, bəyanatlarında qeyd edib ki, Qarabağın etnik erməniləri bu ərazilərdə Azərbaycan vətəndaşı kimi bu yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazları olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə.
Hazırda Ermənistan sülh prosesinə əngəl olur. Erməni tərəfi, xüsusən də Ermənistandakı revanşist qüvvələr müxtəlif yollarla bölgədə sülhün bərqərar olmasına mane olmağa çalışırlar.

Prezident İlham Əliyev12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə revanşist qüvvələrə xəbərdarlıq etdi. Ölkə başçısı bu günlərdə baş verən “Qisas” əməliyyatına da toxundu. Bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.

Prezident İlham Əliyev vurğuladı ki,  dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.
Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq.
10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr
uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

Prezident İlham Əliyev müsahibəsində bir daha bəyan etdi ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil.

Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və regionda sülhün bərqərar olması üçün əməkdaşlıq etməlidir. Əks halda, vəziyyət Ermənistana heç bir fayda gətirməyəcək.

Dövlətimizin başçısı qeyd etdi ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki,  Azərbaycqan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq.Ermənistanın yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək əməkdaşlıq etməkdir, əks halda bundan sonra da dalan ölkə olaraq qalacaq və daha rəzil vəziyyətə düşəcək.

Vətən müharibəsi nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu gün ölkəmiz daha sürətlə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərimizdə kompleks tədbirlər həyata keçirilir. Genişmiqyaslı quruculuq işləri aparılır. Eyni zamanda bu ərqzilər Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verir. Bu gün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı böyük narahatlıq olduğuna görə  Azərbaycan bu istiqamətdə fəal iş aparır. Məqsəd görülmüş və görüləcək işlər nəticəsində ölkədə ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir.
Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında da mühüm işlər görülür.
Prezident İlham Əliyev bildirdi ki, işğaldan azad edilmiş torpaqlarda hazırda əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək. Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər