Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük LAYİHƏ – SUMQAYITDA

739

Qeyri-neft sektorunun ən iri layihələrindən biri sayılan, Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün təsis edilən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış SOCAR Polymer layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihədir. Layihənin əsas məqsədi  idxalın azaldılması  və ölkənin ixrac potensialının artırılmasıdır.

Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində şirkətin Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodları inşa olunur. Bu zavodlar istismara verildikdən sonra  ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə dünya  bazarlarına çıxarılacaq.Azərbaycanda bu layihə çərçivəsində ilk dəfə olaraq Layihə Maliyyələşdirilməsi strukturu tətbiq edilib. Layihənin investisiya dəyəri 750 milyon ABŞ dolları təşkil edir. Tikintidə ən qabaqcıl dünya təcrübəsi və müasir texnologiyalar tətbiq olunur. Zavodların lisenziarları Lyondell Basell və INEOS şirkətləridir. Layihənin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir. Zavodların istehsalının əsas hissəsi ixrac olunacaq və ölkəyə ildə təqribən 400 milyon  dollar həcmində valyuta axını təmin ediləcəkdir. 100 milyon  ABŞ dolları məbləğində istehsal olunmuş məhsul isə yerli bazarda reallaşdırılacaqdır ki, bu da idxalın böyük hissəsini əvəz etməyə imkan verəcəkdir.

“SOCAR Polimer” MMC-nin direktoru Fərid Cəfərov qeyd edib ki,  dövlət başçısının  dərin iqtisadi islahatları sayəsində qeyri-neft sektoru diqqət mərkəzindədir .Bu sektorun inkişafı   Azərbaycanın ixrac potensialını və gəlirləri artacaq,yeni iş yerləri açılacaq.

Hal-hazırda zavodun tikintisində çalışan işçilərin sayı 2280 nəfərdir. Onlardan 760 nəfər Sumqayıt şəhərinin sakinləridir. SOCAR Polymer şirkətinin isə  hazırda 264 əməkdaşı var. Layihə istismara verildikdən sonra müəssisədə 400 daimi iş yerinin yaradılması gözlənilir.

 

Layihədə   çalışan  işçilərin həyatı önəm kəsb etdiyindən vaxtı vaxtında onlar   təhlükəsizlik qaydaları haqqında təlimatlandırılır. Sağlamlıq,Ətraf Mühitin Mühafizəsi və Əməyin təhlükəsizliyi üzrə mühəndis kimi çalışan Seymur Quliyev bildirdi  ki, layihənin icrasından bu günə kimi 3 milyon təhlükəsiz iş saatına nail olunub.İşçilərin təhlükəsizliyini qorumaq üçün əlindən gələni əsirgəmir.

“SOCAR  Polymer” inTikinti işləri üzrə mütəxəsisi  Bəhruz Hacıyev qeyd edib  ki, 3 il öncə işə başlayanda  sovetlər  dönəmində qalan köhnə zavodlar sökülüb yerində belə bir nəhəng layihənin inşası ölkəmizdə kimya sənayesinin inkişafına bariz nümunədir.Bu tikintidə yerli mütəxəsislər yetişir ki,buradakı  kadrlar  gələcəkdə başqa zavodların da tikintisinə öz töhvəsini verəcək.

Layihəyə  dünyanın məşhur  tikinti şirkətlərindən təcrübəli mütəxəsislər dəvət alıb.(kişi səsi ilə tərcümə)-Məşhur “ Flour” şirkətinin təmsilçisi   Con Ayresmis  ümumi tikinti Socar Polymerlə birləşmi  heyətlə   bütün tikinti işlərini bir yerdə aparırıq.Bu yaxınlarada 3 milyon  təhlükəsiz iş saatı qeyd edəciyik.Tikintidə işləyənlərin böyük əksəriyyəti yerli sakinlərdən ibarətdir.Hal hazırda podratçı təşkilatçılar tərəfindən  metal konstruksiya işləri gedir.Bir çox tikinti işləri bu ilin ikinci rübündə yekunlaşaçaq.Gördüyünüz kimi arxa fonda bir neçə ekstruder və ağ ev  ləvazimatlarının sahədə əkilmə prosesi davam edir.Təhlükəsizlik baxımından işlərdə çox ciddiyik.

 

İstedadlı gənclərin layihəyə cəlb edilməsinə və onların inkişafına böyük əhəmiyyət verilir. Polipropilen zavodu üçün operator və texniklər artıq indidən işə götürülüb və hazırda təlimlərini SOCAR-ın Bakı Kadrlar Hazırlığı, Sumqayıt və Qobustanda yerləşən təlim mərkəzlərində keçirlər.

Ümumilikdə bu kurslara 62 nəfər dinləyici cəlb edilib. Yüksəksıxlıqlı Polietilen zavodu üçün  operatorlar və texniklər aprel ayının axırına kimi seçiləcək və eyni qaydada təlimlərə cəlb olunacaq.

Polipropilen zavodunun  istismara verilməsi  2018-ci ilin fevralına planlaşdırılır. Yüksəksıxlıqlı Polietilen zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur.Layihənin icrası ölkə iqtisadiyyatına güclü  təsir göstərəcək, yeni iş yerləri açılacaq, Sumqayıt nəhəng sənaye mərkəzinə çevrilməklə yanaşı  ölkəmizin iqtisadi inkişafına da yeni təkan verəcək.

SUMQAYİTXEBERCOM SOCAR Polymer layihəsi ilə bağlı hazırlanmış VİDEOREPORTAJI TƏQDİM EDİR:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər