Azərbaycanlı deputat reanimasiyaya yerləşdirildi – VƏZİYYƏTİ AĞIRDIR

1121

Deputat Yevda Abramovun vəziyyəti ağırdır.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramovun ölümü haqda yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

V. Əhmədov bildirib ki, oğlu ilə əlaqə saxlayıb: “Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Nəfəs alır, amma vəziyyəti çox ağırdır”.

Y.Abramov 2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, az öncə Y.Abramovun dünyasını dəyişdiyi barədə məlumat yayılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər