Azərbaycanlı Latviyada deputat seçildi (FOTO)

1015
Oktyabrın 6-da Latviya Seyminə (parlament) keçirilən seçkilərin məlum olan ilkin nəticələrinə görə, azərbaycanlı namizədlərdən biri deputat mandatı qazanıb.
“Report”un əldə etdiyi məlumata görə, bu, hakim “Hər şey Latviya üçün” Partiyasından olan Roman Naudinşdir (İbrahimov). O növbəti dəfə parlament seçkilərində qələbə qazanıb.
Qeyd edək ki, R.Naudinş 1980-ci ildə Latviyanın Valmiera şəhərində anadan olub, əslən Azərbaycanın Siyəzən rayonundandır. R. Naudinş bundan əvvəl Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri vəzifəsini də tutub. O latviyalı babasının xahişi ilə soyadın davam etməsi üçün İbrahimov soyadını Naudinş soyadına dəyişib. Buna baxmayaraq Latviyada Azərbaycan lobbiçiliyini aparır, “Araz” Azərbaycan Cəmiyyətinin və “Buta” hokkey klubun rəhbəridir.
Xatırladaq ki, Seymə seçkilərdə 2 azərbaycanlı namizədliyini vermişdi. Digər namizəd isə Asif İbrahimov idi.
Latviyanın on üçüncü Seyminə seçkilər 2018-ci il oktyabrın 6-da keçirilib. Latviya Mərkəzi Seçki Komissiyasına məlumatına əsasən, seçici fəallığı 54,60% təşkil edib. Yeddi partiya 5%-lik həddi keçib və Seymdə təmsil olunmaq haqqı qazanıb. Parlamentdə ən çox mandatı 100 yerdən 23-nə sahib çıxan “Razılıq” Sosial Demokrat Partiyası qazanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər