Azərbaycanlı milyonçuya görə ərindən boşanan, gözəlliyi ilə dünyanı fəth edən qadın – FOTOLAR

2031

«Bir qadının seks həyatı yoxdursa özünü öldürməlidir»

O, illərdir hər kəsi özünə heyran etməyi bacarır.

Monika Anna Maria Belluççi 1964-ci ildə sentyabrın 30-da İtaliyanın Citta di Castello kəndində anadan olub.

Ailənin tək övladı olan və çox sadə ailədə böyüyən Monikanın  gözəlliyi başına böyük bəlalar açmasına baxmayaraq o, sübut etmək istəyirdi ki, gözəl qızlar heç də başıboş deyil.

Belə ki, Monika çoxlu mütaliə edir, dil öyrənir, hüquq fakültəsinə  daxil olur. Universitet xərclərini qarşılamaq üçün modellik həyatına başlayan Monika 1987ci ildə  Avropanın dəb mərkəzlərindən biri olan Milana köçür və orada Elit Model Agentliyinə qoşulur.

Bir müddət modellik etdikdən sonra “Dolce&Gabana” ilə müqavilə imzalayır.  Uğurlu modellik həyatı ilə yanaşı 1990-cı ildə o, film sahəsində özünü sınamağa başlayır və “Bram Stokerin Drakulası” (1992) filmində rol alır.

Bununla o Avropada və Amerikada tanınır. Daha sonra onun çəkildiyi “Malena” filmində Monikanın bütün gözəlliyi ortaya qoyulur . Bir çox kəskin tənqidlərə məruz qalan filmin əvvəlcə ekranlara buraxılmasına məhdudiyyətlər qoyulur. Lakin sonralar 14 mükafata layiq görülür.

Gözəlliyi ilə milyonların sevimlisi olan Monika öz həyat yoldaşı kimi elə də yaraşıqlı olmayan Vinset Rasseli seçir. “Mən onunla heç vaxt darıxmıram. O, azadlığı sevir və acgöz deyil. Bu onu çox nadir xarakterli aktyor edir” deyən Monika, 1999-cı ildə onunla ailə qurur.

Lakin elə ilk günlərdə medianı heyrətə gətirən açıqlama verir. Belə ki, evləndikdən sonra belə onunla bir evdə yaşamayacağını bildirir. Monika bunu qeyri-təbii hesab edir və bir-birlərinin həyatına qarışmağı normal qəbul etmir.

Onun bu şərti ilə razılaşan Vinset Parisdə, Monika isə Londonda qalır. Vinset həyat yoldaşı ilə vaxt keçirmək üçün onu filmlərə cəlb edir. Onların 9 filmdə birgə rol alması da təsadüfi deyil.

Monikanın evinə daha bağlı olması üçün Vinset övlad tələb edir və onların qız övladı dünyaya gəlir. Lakin 2013-cü ildə onlar ayrılmağa qərar verir. Monika bunu ağır iş şəraiti ilə əlaqələndirir.

monica belluci telman ismailov ile ilgili görsel sonucu

Bəzi xarici saytlarda isə onların ayrılmasına səbəb kimi Monikanın azərbaycanlı milyarder  (indi müflis olmuş-red) Telman İsmayılovla münasibəti göstərilibMonica Belluci hamile ile ilgili görsel sonucu və  hətta Monikanın ikinci qızının Telman İsmayılovdan olduğu iddia olunub. Telman İsmayılov isə bu xəbərə gülüb və imkansız olduğunu qeyd edib.

2004-cü ildə hamilə olan zaman İtaliya konstitusiyasında sperma bağışlamaya qarşı qəbul edilən qanuna etiraz olaraq, yarıçılpaq fotosessiya etdirib. Monika gözəlliyi ilə yanaşı savadı ilə də fərqlənir. O, fars, italyan, fransız və ingilis dilində sərbəst danışır. Monika bu biliyi sayəsində baş rol aldığı filmi 2 dildə dublyaj da edib.

Onun fars dilini sərbəst bilməsinin səbəbi var. Monikanın ailəsi iranlıdır. İranın Belucistan olan ailə, İtaliyaya köçüb və Monika orada dünyaya gəlib. Dini inancı ilə bağlı aqnostik olan gözəl aktrisa, bütün dinlərə hörmət etdiyini bildirib.

Rol aldığı filmlərin böyük hissəsində erotik səhnələrə yetərincə yer verilib. Hətta təcavüz səhnələri o qədər reallığa yaxın çəkilib ki, ona bu barədə dəfələrlə suallar verilib. Monika isə belə cavab verib: “Mən aktrisayam. Bəzən hadisəni yaxşı canlandırmaq üçün onu yaşamalısan”. 

Hazırda 54 yaşı olan Monika hələ də öz gözəlliyi ilə hamının gözlərini qamaşdırır və illərə meydan oxuyaraq öz təravətini itirmir.

Monica Bellucci hayatı ile ilgili görsel sonucu

Sonda Monikanın dediyi bəzi sözləri də xatırladaq:

“Bir qadının seks həyatı yoxdursa özünü öldürməlidir”

“Kişiləri aldatmaq çox asandır. Qadınlar isə hər şeyi 5 dəqiqə içində başa düşür. Bəli, gözəl ola bilərsiniz. Amma qadın bu gözəlliyin arxasında yatan sirri görmək istəyir”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər