Azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? – CƏDVƏL

1017

Türkiyədə əmlak almağa maraqlı olan azərbaycanlıların sayı artır. Türk lirəsinin ucuzlaşması nəticəsində əmlak bazarı daha cəlbedici olduğundan bu ölkədən ev alanlar çoxalır.

Oxu.Az xəbər verir ki, say etibarilə siyahıya ərəblər başçılıq etsələr də, İngiltərə və Almaniya vətəndaşları arasında Türkiyədə ev alanlar da sürətlə artır.

Eyni zamanda, rusiyalıların da Türkiyə həvəslərinin böyük olduğunu aldıqları mənzillərin sayında görmək olar. Azərbaycanlılar isə bu siyahıda ilk onluqda elə onuncu yerdədirlər.

Türkiyə Statistika Qurumu Başqanlığının açıqladığı rəqəmlərə görə, 2018-ci ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 940 mənzil alıblar, halbuki 2017-ci ilin 10 ayında bu 789 mənzil idi.

Düzdür, 2018-ci ilin oktyabr ayında azərbaycanlılar Türkiyədə cəmi 177 mənzil alıblar, amma 2017-ci ilin oktyabr ayında bu göstərici 278 idi, buna baxmayaraq, ümumilikdə bu ilin 10 ayında ev alanların sayı artıb. Cari ilin on ayında rəqəmlərin 940-a yüksəlməsi, göstərici etibarilə 2016 və 2017-ci illəri qabaqlayır. Yəni bu illərdə azərbaycanlılar Türkiyədə müvafiq olaraq cəmi 610 və 942 mənzil almışdılar.

Türkiyənin əmlak bazarında ümumi göstərici isə belədir:

Ölkə

Oktyabr, 2017

Oktyabr, 2018

Yanvar-Oktyabr, 2017

Yanvar-Oktyabr,2018

Cəmi

2 694

6 327

18 076

30 712

İraq

344

1 439

2 982

6 305

İran

85

557

593

2 754

Küveyt

154

378

1 389

1 786

Almaniya

106

341

591

1 468

Rusiya Federasiyası

125

336

1 067

1 779

Səudiyyə Ərəbistanı

528

332

2 835

2 217

Əfqanıstan

120

319

871

1 591

İordaniya

75

242

380

1 049

İngiltərə

94

217

674

1 013

Azərbaycan

278

177

789

940

Yəmən

27

113

294

600

Qətər

47

107

227

598

İsveç

43

102

334

562

Fələstin

40

93

268

445

Livan

28

92

146

314

Liviya

21

88

140

296

Ukrayna

60

88

406

502

Amerika Birləşmiş Ştatları

14

86

171

321

Hollandiya

28

81

177

379

Misir

34

75

441

570

Digər ölkələr

443

1 064

3 301

5 223

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər