“Azərenerji” qəza ilə bağlı açıqlama yaydı

686

“Azərenerji” ASC Azərbaycanın enerji sistemində bu gün səhər saatlarında baş vermiş qəza ilə əlaqədar açıqlama yayıb.

ASC-nin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, açıqlamada bildirilir ki, 28.09.2012-ci il tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.

Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.

Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Anar
    Sentyabr 28, 2012 - 12:48

    Men bileni her bir stansiyada ve ya yarim stansiyada ildirim eleyhine ildirim boshaldicilari olur ve vaxti vaxtinda inspeksiya olunur.Niye gor bu qez yaranib, belke vaxtinda bunlar yoxlanilmir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər