«Azərikimya» İB-də «Beynəlxalq kimya ili»nə həsr olunmuş sağlamlıq Spartakiadasına yekun vurulub

856

YUNESKO tərəfindən 2011-ci ilin «Beynəlxalq kimya ili» elan olunması ilə əlaqədar «Azərikimya» İstehsalat Birliyində keçirilən tədbirlər çərçivəsi daxilində neft-kimya mü­əs­­sisələri və idarələri arasında başlanaraq, üç aya qədər davam etmiş sağlamlıq Spar­takiadasına yekun vurulmuşdur.

«Azərikimya» İstehsalat Birliyi Baş ofisinin akt zalında Spartakiadanın yekunu ilə bağ­lı keçirilən tədbirdə Birliyin İcraçı direktoru Xəqani Babayev, Birlik Həmkarlar İttifaqı Komi­təsinin sədri Vaqif Ömərov, yarışların hakimi Eldar Məmmədov və digərləri çıxış edərək, sağlamlıq Spartakiadasının kimyaçılar üçün əsl idman bayramına çevrilmə­sin­dən, kimyaçı idmançıların gənc nəslinin yetişdirilməsində rolundan söz açmışlar.

Qeyd olunmuşdur ki, «Beynəlxalq kimya ili»ndə Birliyin kimyaçıları arasında idmanın kütləviliyini daha da genişləndirmək, onların fiziki sağlamlığına nail olmaq məqsədi daşıyan Spartakiadanın start mərhələsi müəssisələr və idarələrdaxili yarışlarla başlan­mış, nəticədə hər bir müəssisənin bacarıqlı idmançılardan ibarət yığma komandası təşkil edilmişdir. Yarışlar idmanın futbol, voleybol, stolüstü tennis, dama, şah­mat, nərd, yüngül atletika növləri üzrə keçirilmişdir. Spar­takiadada iştirak edən 8 komandanın hər biri idmanın bütün bu növləri üzrə yarışlarda maksimum fəallıq və mübarizlik nümayiş etdirmişlər.

Etilen-polietilen zavodunun idmançıları futbol, voleybol, dama yarışlarında daha yüksək fiziki hazırlıq və peşəkarlıq nümayiş etdirməklə yarışların əksər növləri üzrə I-II yerləri tutaraq, daha çox xalla Spartakiadanın qalibi elan olunmuşlar.

Gərgin idman mübarizəsi və rəqabəti şəraitində, yüksək idmançı əzmkarlığı ilə çıxış edərək, stolüstü tennis, şahmat və yüngül atletika üzrə yüksək nəticələr göstərmiş Səthi aktiv maddələr zavodu komanda zaçotunda ikinci mükafata, güclü rəqib kimi tanınmış «Üzvi sintez» zavodunun komandası isə üçüncü mükafata layiq görülmüşlər. Qalib komandalara spartakiadanın kubokları və xüsusi diplomlar təqdim edilmişdir.

Yarışlarda fəallıq göstərən digər komandalar, həmçinin şəxsi birincilikdə fərqlənən idmançılar Birliyin fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

«Beynəlxalq kimya ili»nə həsr olunmuş böyük idman tədbirinin sonunda qalib ko­man­dalar xatirə şəkilləri çəkdirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər