«Azərikimya» İB-də əməyin mühafizəsi ilə bağlı silsilə layihələrin 7 ay davam etmiş təqdimatına yekun vurulmuşdur

581

«Azərikimya» İstehsalat Birliyinin akt zalında «Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi» (SƏTƏM) Proqramının 2011-ci ilin oktyabr ayından bəri muxtəlif sahələr üzrə reallaşdırılan layihələrin təqdimat mərasimlərinin yekunu olaraq geniş tədbir keçirilmiş, ötən dövr ərzində Birlik müəssisələrində bu istiqamətdə aparılan məqsədyönlü işlərlə bağlı hərtərəfli fikir mübadiləsi aparılmışdır.

Son 7 ay ərzində «Azərikimya» İB-də “Risqlərin təyini və qiymətlən­dirilməsi”, “Yüksəklikdə görülən işlər”, “Yükqaldırma əməliyyatları”, “Sənaye yük ma­şınları”, “Qapalı sahə­lərə giriş”, “Elektrik təhlükəsizliyi”, “Nəqliyyatda işin təhlükəsiz qu­rulması”, “Ofis işinin təhlükəsiz təşkili” və s. mövzular üzrə 14 layihənin təqdimatı keçirilmiş, bu təd­birlərdə  ümumilikdə Birliyin 5 mindən artıq kimyaçısı arasında maarifləndirmə işi aparıl­mışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər