“Azərikimya” İstehsalat Birliyində “Petkim” Şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

726

Bu günlərdə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Türkiyənin iri neft-kimya şirkəti olan “Petkim” Petrokimya Holdinqin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəsislərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir. “Azərikimya”nın rəhbərliyi qonaqları salamlayaraq, onlara Birlik və onun müəssisələrində reallaşdırılması nəzərdə tutulan layihələr haqqında, o cümlədən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə keçirilən tədbirlər barədə ətraflı məlumat vermiş, son dövrlərdə “Petkim”lə Birliyin istehsalat-kooperasiya ələqələrinin, təcrübə mübadiləsinin genişlənməsindən məmnunluğunu ifadə etmişdir. Görüş zamanı “Azərikimya”nın müəssisələrində istehsalatın yeniləşdirilməsi və modernləşdirilməsinə doğru yönəldilmiş tədbirlərlə yanaşı hər bir kimyaçı əməyinin mühafizəsinin, sağlamlığının qorunmasının ön planda olduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu vacib sahələr üzrə Birlik kollektivinin “Petkim”in çoxillik təcrübəsindən faydalanmasına ehtiyac vardır. Məhz bunu nəzərə alaraq, “Azərikimya”nın bir qrup gənc mütəxəssisi təcrübə mübadiləsi məqsədi ilə iki ay müddətinə Türkiyəyə ezam olunmuş, həm istehsalat, həm də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzəri və təcrübi biliklərini daha da genişləndirmişlər. “Petkim” mütəxəssisləri Ali Rıza Saklıca və Semik Uzuncan Türkiyə ilə Azərbaycan kimyaçılarının əlaqələrinin genişlənməsinin, əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmini üzrə birgə fəaliyyətin hər iki tərəf üçün faydalı olduğunu vurğulamışlar. Görüşdə qarşılıqlı təcrübə mübadiləsi və işgüzar münasibətlərin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər