“Azərikimya”-nın uşaqlara yönəlik layihələri davam edir

663

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi Sumqayıtın sosial həyatında yaxından iştirak edir, gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayır. Kiçik yaşlı bağça uşaqlarının ictimai həyata hazırlanması məsələsinə Birlikdə xüsusi diqqət yetirilir. Bu günlərdə İstehsalat Birliyinin təşkilatçılığı ilə “Kimyaçı” Mədəniyyət sarayında kiçik yaşlı uşaqlar arasında bədii qiraət müsabiqəsi keçirilmişdir. Müsabiqədə Sumqayıt şəhərinin 10-dan artıq məktəbəqədər tərbiyə müəssisəsinin azyaşlı uşaqları öz istedad və bacarıqlarını nümayiş etdirmişlər. Bədii qiraət müsabiqəsinə qatılan ba­lacalar Azərbaycanın görkəmli şairlərinin vətənpərvərlik ruhunda yazılmış şeirlərini ifa etmişlər. Müsabiqə iştirakçılarının çıxışları böyük maraq doğurmuş, rəğbətlə qarşılanmışdır. Onların hər birinə “Azərikimya” İB tərəfindən hədiyyələr təqdim olunmuşdur. Birlik rəhbərliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Təhsil şöbəsi ilə birgə hazırlanmış layihə əsasında “Payız bayramı” adlı daha bir tədbir 11 saylı uşaq bağçasında keçirilmişdir. “Payız bayramı”nda iştirak edən uşaqlar Azərbaycanın Dövlət Himnini ifa etdikdən sonra payız mövsümü, yaşıllıqların, bitki və heyvanat aləminin qorunması ilə bağlı kiçik səhnəciklər göstərmiş, azərbaycan və rus dillərində vətənə həsr olunmuş şeirlər səsləndirmişlər. “Azərikimya” İB layihə əsasında hər ay uşaq bağçalarında belə bayram tədbirləri keçirməyi planlaşdırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər