“Azərikimya” Xəzərin istehsalat axıntıları ilə çirklənməsinə qarşı ekoloji tədbirləri gücləndirir.

664

Birliyin sutəmizləyici qurğularında əsaslı təmir aparılaraq görülmüş yeniləşdirmə və təkmilləşdirmə işləri artıq özünün ilk bəhrəsini, səmərəsini verməkdədir. Qurğunun sənaye, həmçinin məişət axıntılarını mexaniki və bioloji üsulla təmizləmə dərəcəsi xeyli yüksəlmiş, Birliyin müəssisələrindən Xəzərə axıdılan istehsalat sularının təmizliyi əhəmiyyətli dərəcədə artmışdır.

Təmizləyici qurğunun səmərəliyini artırmaq məqsədi ilə şəhərin sənaye və məişət axıntı sularının qəbulu üçün nəzərdə tutulmuş və istifadəsiz qalmış, hər birinin həcmi 880 kubmetr olan 8 ədəd suçökdürücüdə təmir və təmizlik işləri aparıldıqdan sonra onların fəaliyyəti “Etilen-polietilen” zavodunun texnoloji qurğularında istifadə olunan dövrü suların təmizlənməsinə yönəldilmişdir. Belə ki, indi “Etilen-polietilen” zavodunun dövrü su sistemi üçün texniki su birbaşa, təmizlənməmiş deyil, təmizləyici qurğularda mexaniki çöküntülərdən azad olunaraq verilir. Bununla da EP-300 istehsalatında istifadə olunan texniki Ceyranbatan suyunun dövrü su sisteminə yalnız tam təmizləndikdən sonra verilməsinə nail olunmuşdur. Təmizləyici kompleks indi dənizə axıdılan çirkab sularının təmizliliyini təmin etməklə yanaşı, həm də istehsalat qurğularında aparılan texnoloji proseslərə verilən texniki suyun da təmizliyinin yüksək olmasına, texnoloji qurğu və xətlərdə çöküntülərin azalaraq prosesin ahəngdar aparılmasına əhəmiyyətli təsir göstərir. Hazırda saatda 300-400 kubmetr texniki suyun mexaniki qarışıqlardan təmizlənərək dövrü su sisteminə qaytarılması imkanı yaradılmışdır.

Birlik müəssisələrindən Təmizləyici qurğular sexinə daxil olan sənaye və məişət axıntı sularının təmizlənməsi üçün nəzərdə tutulan, hər birinin həcmi 432 kubmetr olan polimer tutucularında  aparılan  təmir-bərpa və təmizlik işləri nəticəsində daxil olan axıntı sularında mexaniki qarışıqların, polimer və asılı maddələrin tam çökdürülməsi  təmin edilmişdir. Alınmış şlam  nasoslar vasitəsi ilə mütəmadi olaraq xüsusi şlam meydançasına nəql edilir. Mexaniki qarışıqlardan təmizlənmiş su hər birinin həcmi 6 min kubmetr olan 4 ədəd bioloji təmizləmə sahəsinə – aerotenkalara verilərək, bioloji təmizləmə prosesindən keçdikdən sonra suçökdürücülərə ötürülür. Suçökdürücülərin dibinə yığılmış mikroorqanizimlər – aktiv illər nasoslar vasitəsi ilə yenidən aerotenkalara qaytarılır və proses fasiləsiz olaraq davam etdirilir. Bioloji təmizləməni aparmaq məqsədi ilə bir ədəd  aerotenkada aktiv illərin yetişdirilməsi prosesi gedir.

Təmizləyici qurğuların  müxtəlif  toz-torpaq və kənar tullantılarla çirklənməsinin qarşısını almaq məqsədi ilə onların ətrafının abadlaşdırılması və yaşıllaşdırılması da öz müsbət təsirini göstərməkdədir.

Bu ilin avqust ayında “Etilen-Polietilen” zavodunda aparılan əsaslı  təmir vaxtı xüsusi texnika cəlb etməklə EP-300 istehsalatının kanalizasiya sisteminin təmizlənməsi sayəsində istehsalatda formalaşan axıntı sularının tam həcmdə   Təmizləyici qurğular sexinə verilməsi təmin edilmiş, axıntı sularının birbaşa dənizə düşmə ehtimalı aradan qaldırılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər