“Azərikimya”da təhlükəli sənaye və məişət tullantılarının təsiri ilə bağlı maarifləndirici tədbir keçirilib

694

İyunun 13-də ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin akt zalında Azərbaycan Respub­likasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyi tərə­fin­dən “İrsi qan xəstəliklərinə düçar olanların təhlükəli sənaye və məişət tul­lantılarının təsirindən qorunması” mövzusunda  maarifləndirici tədbir keçirilmişdir.

“Azərikimya”nın müəssisə və idarə əməkdaşlarının cəlb olunduğu təlimdə  layihənin rəhbəri, “Energetika və Ekologiya” MİB-in sədri, fizika-riyaziyyat elmləri namizədi Vaqif Əliyev təhlükəli tullantıların təsnifatı, onların ətraf mühitə zərərli təsiri və çoxtərəfli əməkdaşlıq əsasında onlarla mübarizə metodları haqqında geniş məlumat vermişdir.

“Azərikimya” İstehsalat Birliyinin bu sahədə, ümumiyyətlə ətraf mühitin və insanların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirdiyi tədbirləri dəyərləndirən layihə rəhbəri mövzu ilə əlaqədar təlimdə iştirak edən kimyaçıları maraqlandıran suallara  cavab vermişdir.

Təlimin sonunda “Təhlükəli sənaye tullantıları” adlı maarifləndirmə xarakterli sənədli film nümayiş etdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər