«Azərikimya»da Ümummilli lider Heydər Əliyevin 89 illiyi münasibətilə geniş tədbir keçirilmişdir

675

Mayın 10-da «Azərikimya» İB-də xalqımızın ümummilli lideri Heydər Əliyevin ana­dan olmasının 89-cu ildönümü ilə əlaqədar Birliyin idarə və müəssisələrində keçirilən silsilə tədbirlərin yekunu olaraq kimyaçılarla yanaşı şəhər ictimaiy­yə­ti­nin, YAP Sumqayıt şəhər təşkilatının, respublika və yerli kütləvi informasiya va­sitə­ləri­nin nümayəndələrinin iştirakı ilə geniş mərasim keçirilmişdir.

İlk olaraq Heydər Əliyevin Sumqayıtın mərkəzində ucalan abidəsini ziyarət edən tədbir iştirakçıları dahi rəhbərin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər. Birliyin akt zalında davam edən tədbirdə Ulu öndərin həyat və fəaliyyətini, onun Sumqayıt kim­yaçı­ları ilə görüşlərini əks etdirən kadrların fonunda şəhərin 11 saylı məktəbinin xor kollek­tivinin ifasında dünya şöhrətli sənətkar Müslüm Maqomayevin əzəmətli “Azərbay­can” mahnısı səslənmişdir.

Sonra tədbirdə çııxış edənlər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmət­lərindən, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Milli Dövlətçilik ideolo­giyasının müəllifi ol­ma­sından, tarixi xilaskarlıq missiya­sından, yalnız hüququn aliliyinə və demokratiyaya əsaslanan idarəetmə sistemi yaratmasından geniş söhbət açmışlar.

Ulu öndərin neft-kimya sənayesinə göstərdiyi diqqət və qayğıdan danışan natiqlər dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nın imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətlən­di­yini, dünya miqyasında nüfuzunun artdığını vurğulamışlar. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müs­təqillik arzusunu özünün xüsusi dövlətçilik modelində gerçəkliyə çevirən və milyonların qəl­bində yer tutan ümummilli lider Heydər Əliyev bu gün yeniləşən müstəqil və müasirləşən Azərbaycan Respublika­sının memarı kimi daim böyük rəğbət və ehtiramla yad edilir.

Qeyd edilmişdir ki, sumqayıtlılar dahi rəhbər Heydər Əlıyevin diqqət və qayğısını hər zaman hiss et­mişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, onun səna­­ye struk­turunın for­ma­laşmasında və potensialının artırılmasında, el­min, təh­silin, mədə­niyyətin tərəqqi­sin­də Ulu öndərin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildə Azər­bay­can rəhbərliyinə yenidən qayıtdıqdan sonra da dövlət qayğılarının çoxluğuna, işinin son dərəcə gərgin ol­masına baxmayaraq, Heydər Əliyev bir neçə dəfə Sum­qa­yıtda ol­muş, sum­qayıtlılarla, eləcə də kimyaçılarımızla görüşmüş, şəhərin hərtərəfli inkişafı üçün döv­lət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Ulu öndərin «Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm» deməsi kimyaçıların əməyinə verilən ən böyük mükafatdır.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sə­nədli film nümayiş etdirilmiş, şəhər məktəblərinin xor kollektivlərinin ifasında dahi rəhbərə həsr olunmuş mahnılar səsləndirilmişdir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər