«Azərikimya»nın kollektivi iməcilik keçirib

691

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı ARDNŞ-də həyata keçirilən xüsusi tədbirlər planını rəhbər tutan ”Azərikimya” İstehsalat Birliyinin kollektivi Sumqayıtın sənaye zonasında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə aparılan genişmiqyaslı işlərdə yüksək fəallıq göstərir. Birlik əməkçiləri dekabrın 11-də keçirdikləri növbəti iməcilik zamanı daha 5 min ağac əkərək, «Sumqayıtın sənaye zonasını yaşıl şəhərciyə çevirək!» devizi altında təşkil olunmuş silsilə yaşıllaşdırma aksiyasını uğurla davam etdirmişlər. Birliyin 1200 nəfərdən artıq əməkçisinin iştirak etdiyi iməcilik zamanı Sumqayıt-Quba magistralı boyunca Etilen-polietilen və «Üzvi sintez» zavodları ətrafında əvvəllər boş olan ərazidə aprel ayından bəri əkilmiş çinar, zeytun, gilənar, iydə, söyüd və başqa ağacların sayı 38 minə çatdırılmışdır. “Sumqayıt sənaye zonası” adlandırılan bu ərazidə “Azərikimya” İB əməkçilərinin qüvvəsi ilə ümumilikdə 75 minə yaxın ağacın əkilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, İstehsalat Birliyi əməkçilərinin kimya müəssisələrinin yerləşdiyi sənaye zonasının, ümumilikdə Sumqayıt şəhərinin yaşıllaşdırılmasına göstərdiyi diqqət və qayğı son dövrdə şəhər ictimaiyyətinin bu sahəyə marağının artmasına səbəb olmuşdur. Məktəblilər, müxtəlif peşə sahibləri, habelə Almaniya Əməkdaşlıq Cəmiyyəti Sumqayıt ofisinin əməkdaşları da vaxtaşırı olaraq kimyaçıların keçirdikləri iməciliklərdə iştirak etmiş, yüzlərlə ağac əkmiş və onlara qulluq etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Zahid
    Dekabr 13, 2010 - 16:40

    bir bunu basha dushdukki shererimizi temsil eden deputatlardan biri Muxtar muellim sadece secki kampaniyalarinda avatajli olmaqdan otru camaata ish yerleri soz verdi… Lakin bu vedler hec yerine yetirildimi?! hereni bir behane ile yola saldilar… tessuf edirem…

  • Shelale
    May 20, 2012 - 05:39

    Imecliyi beyendim . Ancaq heyif bu sam agaclarina . Hec suvarilmir . Quruyub gedir . Menim sualima cavab verin xais edirem.bu Sam agaclari bizim iqlime uygundur. ? 100 ile bir qaris boyuyur ,Sumqayitin da kuleyi esende dibinden cixardir .Daha munasib agaclar ekilse gozel olar. Eziyyetiniz de yerde qalmaz.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər