“Azəriqaz” Sumqayıtda təmir işlərini təxirə salıb

382

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Sumqayıt şəhərinin qaz təchizatında planlaşdırılan təmir işləri təxirə salınıb.

SOCAR İstehsalat Birliyi “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, “Şəhər-4” orta təzyiqli qaz xəttində aparılacaq təmir işləri, həmçinin Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Bakı-XXI Bm” MTK-ya məxsus 240 mənzilli yaşayış binasına təbii qazın verilməsi məqsədilə çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 20.12.2022-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılacağı planlaşdırılırdı.

“Lakin hava şəraitinin kəskin soyuması səbəbindən görüləcək işlər müvəqqəti təxirə salınıb. Bu gün Sumqayıt şəhərinin qaz təchizatında heç bir planlı məhdudiyyət olmayacaq”, – məlumatda bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər