“Azərkimya” İB-də təhlükəsizlik təlimləri keçirilib

1347

Bu gün Etilen-Polietlen Zavodunda “Azərkimya” İstehsalat Birliyi və Fövqəlada Hallar Nazirliyi qüvvələrinin birgə mülki müdafiə təlimləri keçirilib. AZADİNFORM xəbər verir ki, təlimin əsas məqsədi fövqəladə hadisələr zamanı FHN-nin və “Azərkimya” İB-nin qüvvələrinin qarşılıqlı, səmərəli və operativ fəaliyyətinin təşkil olunmasıdır.

Tədbir zamanı xüsusilə yanğın və digər fövqəladə hadisələrin baş vermə ehtimalı yüksək olan Etilen-Polietilen Zavodunda mülki müdafiə hazırlığının real vəziyyəti öyrənilib, mümkün ola biləcək hər hansı qəza zamanı işçilərin, ümumiyyətlə əhalinin mühafizə olunması səviyyəsi yoxlanılıb.

Təlim çərçivəsində, şərti olaraq zavodun sexlərinin birində kimyəvi məhsulun sızması nəticəsində iri həcmli çənlərin birində baş vermiş partlayışdan sonra mülki müdafiə qüvvələri təxirəsalınmaz xilasetmə və qəzanın qarşısını almaq üçün qısa müddət ərizində əməliyyat keçiriblər.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bildirib ki, təlimə nazirliyin Bakı və Sumqayıt qarnizonlarının şəxsi heyəti də daxil olmaqla 200 nəfərlik qüvvə, 12 yanğınsöndürən maşın və digər xüsusi texnika cəlb olunub. F.Əsədov təlimin uğurla icra olunduğunu deyib.

“Azərikimya” İB-nin direktoru Muxtar Babayev isə FHN-lə bir yerdə mütəmadi olaraq kimya zavodlarında təlimlər keçirdiklərini qeyd edib. O, təlimi müsbət qiymətləndirib. Bəzi xırda problemlərin olduğunu deyən direktor ümumilikdə təlimlərin baş verə biləcək hadisələrin qarşısının alınmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, təlimdə ARDNŞ, FHN, Sumqayıt İcra Hakimiyyəti, Qızıl Aypara Cəmiyyəti iştirak ediblər. Sumqayıt şəhər Təcili Tibbi-Yardım Stansiyasının həkimlər birqadası də təlim müddəti ərizində zavodun ərazisində növbə çəkiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər