Azərkimyada beynəlxalq uçot sistemi ilə bağlı kursların ilkin mərhələsi başa çatıb

701

«Azərikimya» İB-də SAP ERP sisteminə keçidlə bağlı təşkil olunmuş məşğələlərinin ilkin mərhələsi başa çatmışdır

Sentyabrın əvvəlindən etibarən ARDNŞ-nin «Azərikimya» İB-nin tədris zalında Birliyin kadrlar, maliyyə-uçot və digər dəqiq hesabat tələb edən idarə və şöbələrinin əməkdaşları üçün təşkil edilmiş beynəlxalq uçot sistemi – SAP ERP üzrə kursların ilkin mərhələsi başa çatmışdır. Növbəti mərhələyə qədər verilmiş fasilə müddətində dinləyicilər çalışdıqları sahələrdə sənəd və hesabatların yeni sistem üzrə hazırlanması ilə bağlı praktik tapşırıqları yerinə yetirməlidirlər. Ciddi maliyyə-mühasibat və digər uçot sənədlərinin daha müasir və operativ şəkildə aparılmasını təmin edən SAP ERP sisteminin «Azərikimya» İB-də öyrənilməsi üzrə 80 nəfərə yaxın dinləyicinin cəlb edildiyi kursların nəzəri və praktiki məşğələlərinə ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sumqayıta ezam olunmuş təcrübəli mütəxəssisləri rəhbərlik edirlər. Nəzərdə tutulur ki, istehsalat fəaliyyətinin tənzimlənməsi, maliyyə-uçot əməliyyatlarına daha ciddi nəzarət edilməsi, proqnozlaşdırma-planlaşdırma işlərinin mükəmməlliyi, əməliyyatların çevikliyi baxımından mühüm əhəmiyyət kəsb edən və səmərəli nəticələr verən SAP sisteminin «Azərikimya» mütəxəssisləri tərəfindən öyrənilməsinin ikinci mərhələsi oktyabrın 4-də başlanacaqdır. Həmin gündən etibarən Birliyin bütün müəssisə və idarələrinin müvafiq sahələrdə çalışan işçiləri də SAP kurslarında məşğələlərə cəlb olunacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər