AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb

905

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət təmsilçiləri ilə görüşlərə başlayıb.

AZTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu il ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri keçirilib.

Bədii Şuranın üzvləri AzTV-də aparılan islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər