Azyaşlı uşaqlar öz bacarıqlarını nümayiş etdirdilər

829

«Azərikimya» İB-nin mətbuat xidmətindən sumqayitxeber.com saytına verilən məlumata görə ötən şənbə günü – noyabrın 20-də «Kimyaçılar» Mədəniyyət sarayında «Azərikimya» İstehsalat Birliyi ilə Sumqayıt Təhsil Şöbəsinin birgə layihəsi olan «Bacarıqlı əllər» adı altında maraqlı tədbir keçirilmişdir. Sumqayıtın bir çox uşaq bağçalarından Mədəniyyət sarayına toplaşmış balaca fidanlar tədbir zamanı plastilindən yapma üsulu ilə müxtəlif fiqurlar düzəldərək, öz uşaq fantaziyalarını və istedadlarını nümayiş etdirmişlər.
Tədbirdə «Kimyaçı» Mədəniyyət sarayının dərnək rəhbərləri, bağça müəllimələri və valideynlər uşaqların əl işlərinə baxış keçirdikdən sonra hər bir kiçik iştirakçının istedadlı olduğunu və onların arasından gələcəyin rəssam və heykəltəraşlarının yetişə biləcəyini vurğulayaraq, məktəbəqədər tədris ocaqlarında digər uşaqların da istedadlarının və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini bildirmişlər.
Tədbirin yekunu olaraq «Azərikimya» İstehsalat Birliyinin və «Kimyaçı» Mədəniyyət sarayının nümayəndələri tərəfindən «Bacarıqlı əllər»in hər bir balaca iştirakçısına hədiyyələr təqdim olundu. Sonda Mədəniyyət sarayının sehrbaz-illüzionisti öz maraqlı nömrələri ilə balacaları heyrətləndirərək, sevindirdi.
Daha sonra şən müsiqi sədaları altında rəqs edən balacalar böyüklərin – kimyaçılar kollektivinin diqqət və qayğısı sayəsində həm kiçik yaşlarından bacarıqlı və istedadlı olduqlarını nümayiş etdirdilər, həm də birlikdə əylənərək, gözəl istirahət edə bildilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər