Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu- Şoka düşəcəksiz

559
Harvard  Sağlamlıq məktəbinin yeni araşdırmasına görə – kolorektal ( yoğun bağırsaq) xərçənginə səbəb olan qidalar məlum olub.
Bu araşdırma üçün 121.000 nəfərin məlumat bazasından istifadə olunub. Onların hər birindən 4 ildən bir qidalanmada ən çox istifadə etdikləri ərzaqların sorğusu alınıb. Bunlardan 2399 nəfərində bağırsaq xərçəngi diaqnozu təyin olunur. Onların illərlə yedikləri qida menyusunda qırmızı ət, ağ çörək, şirin içkilər çoxluq təşkil edirdi.
Məlum olub ki, 10-15 ildən artıq bu ərzaqları çox istifadə edən insanların 30%-ш yoğun bağırsaq xərçənginə tutulur. Onkogen ərzaqlar: qızardılmış ət, qırmızı ət, ekstra növ un və şirin içkilərdir. Onlar bağırsaqlarda iltihabi proses yaradır.
Alimlər meyvə şirələrini şəkər qatılmadan içməyi tövsiyyə edir.
Bundan öncə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ət məhsulları ilə bağırsaq xərçənginin bağlılığı araşdırılmışdı və aydın olmuşdu ki, gündə 100 qram və artıq ət qəbul edən insanların bağırsaq xərçənginə tutulma riski artır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər