Bakı metrosu yenə qarışdı – Vaqonlar boşaldıldı – SƏBƏB – YENİLƏNİB

1944

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Milli.Az-a verdiyi məlumata görə, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın sərnişinlərinin dərhal vaqonları tərk ertmələrinə, vaqonlardan birinin qapısında yaranan nasazlıq səbəb olub:

“Bir vaqonun qapısı nasaz idi. Ona görə, sərnişinləri boşaldıb, depoya getdi.
Yerinə də depodan qatar buraxıldı xəttə”.
———-
09:26

Bu gün səhər saat 08:30 radələrində Bakı metrosunda qatar “Həzi Aslanov”dan “İçərişəhər”ə sərnişinsiz gedib.

Milli.Az xəbər verir ki, növbətçinin “Qatara minik yoxdur” xəbərdarlığı sonrası platformaya daxil olan qatar saxlamadan yoluna davam edib.

8 dəqiqə sonra əks istiqamətdə (Üzü “Həzi Aslanov” stansiyasına doğru) hərəkət edən sərnişinlə dolu qatar növbətçinin növbəti “Qatara minik yoxdur. Vaqonları tərk edin” xəbərdarlığı ilə metroda yaranan sərnişin sıxlığı pik həddə çatıb.

Qatarlarda nasazlıq olduğu ehtimal edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər