Bakı metrosunda qatarı tüstü bürüdü, bir neçə nəfərin ürəyi getdi – Yenilənib + Video

1099

Bu dəqiqələrdə Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, qatarın “Nəriman Nərimanov” stansiyasından “Gəncliyə” doğru irəlilədi zaman vaqonları tüstü bürüyüb.

Hadisə şahidlərinin sözlərinə görə, qatar “Gənclik” stansiyasında dayanıb. Bir neçə sərnişinin ürəyi gedib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında qatarda baş verən tüstülənmənin səbəbini izah edib:

“Qatarda tüstü bürüməsi həmin qatardan əvvəl xətdə buraxılan sınaq qatarı olub. Sərnişinsiz hərələt edən qatrarın təkərlərinin detallarından biri sıxılıb və bu səbəbdən tuneli tüstü bürüyüb. Bu da öz növbəsində ondan sonra gələn qatarda tüstü iyinin hiss olunması olub. Sərnişinlər metronun “Gənclik” stansiyasında qatardan boşaldılıb. Hadisə nəticəsində xanım sərnişinlərdən biri həyəcanlanıb. O, təcili yardım köməyindən imtina edib”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər