Bakı-Şamaxı yolunda mikroavtobus aşıb – xeyli yaralı var

1246

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobus aşıb. 10 nəfərədək sərnişinin xəsarət aldığı bildirilir.

 Xəsarət alanlar təcili tibbi yardım avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.
 Hadisə barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər