Bakı-Sumqayıt dəmir yolu xətti avtomobil yolu ilə kəsişməyəcək- Cavid Qurbanov

1512

Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib.
“Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı 20-yə yaxındır. Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər