Bakı-Sumqayıt marşrutunda süni qiymət artımı aşkarlandı

708

Bakı-Sumqayıt marşrutunda sürücülər gediş haqqını süni surətdə artırıblar. Bunu İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sərnişindaşıma sahəsində apardığı monitorinqlər zamanı aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Tarif Şurası tərəfindən təsdiq edilən qiymətlərə əsasən, Bakı-Sumqayıt marşrutu üzrə Sumqayıt şəhərinə qədər gediş haqqı 35 qəpik təşkil etdiyi halda, Ceyranbatan qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda sərnişinlərdən əlavə 5 qəpik, Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda isə Sumqayıtın girişinədək gedən sərnişinlərdən 15 qəpik artıq gediş haqqı alındığı aşkarlanıb.

Görülən tədbirlər nəticəsində bu marşrutlarda süni qiymət artımının qarşısı alınıb. Sürücülər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnib. Gediş haqlarının Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlərə uyğunlaşdırılması təmin edilib.

Monitorinqlər zamanı Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişinlərdən artıq gediş haqqı alınması halları müəyyən edilməyib.

Xatırladaq ki, marşrutlar üzrə sərnişindaşıma xidmətlərinin qiymətləri Tarif Şurasının internet saytında (www.tariffcouncil.gov.az) yerləşdirilib. Sərnişinlər bu qiymətlərdən artıq gediş haqqı tələb olunduqda, İqtisadi İnkişaf Nazirliyinin Məlumat Mərkəzinə (195-2), yaxud Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (telefonlar: (012) 498-15-01 və (012) 498-15-04) müraciət edə bilər.

Qeyd edək ki, bu istiqamətdə araşdırmalar davam edir.ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər