Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb

2668

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlu magistral şosenin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi 10-VT-321 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

O.Məmmədovun “Report”un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, piyada qəfil onun idarə etdiyi avomobilin qarşısına çıxıb.

Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Cinayət işi başlanılıb.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər