Bakı-Sumqayıt yolunda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

599

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində avtomobil işıq dirəyinə çırpılıb.
sumqayitxeber.com  “Report”a istinadən xəbər verir ki, Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşının sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol ayrıcında olan işıq dirəyinə çırpılaraq yarasız hala düşüb. Xəsarət alan sürücü hadisə yerinə çağrılan “təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Müayinələr aparılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər