Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vuraraq öldürüb

638

Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.
Təxminən 55-60 yaşında olan kişi yolu keçmək istəyərkən onu “99-KA-231″ dövlət qeydiyyat nişanlı “VAZ-2107″ markalı minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb. Polis əməkdaşları ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.
Hadisəni törədən sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər