Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vurub öldürdü

841

Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

“BakuTV” xəbər verir ki, Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman anidən onun qarşısına piyada çıxıb.

Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidləri bildiriblər ki, həmin maşında “Parni iz Baku” KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər