Bakı-Sumqayıt yolunda avtomobil qəzası: 1 ölü, 1 yaralı

897

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtomobil qəzası olub

Abşeron rayonu ərazisində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qəza hadisəsi bu gün saat 13:00 radələrində Xırdalan şəhərində yerləşən «Qafqaz» Universitetinin qarşısındakı magistral yolda baş verib.

Belə ki, Orxan Əliyevin idarə etdiyi “VAZ 21099” markalı avtomobilin törətdiyi qəza nəticəsində sürücü özü ölüb, sərnişin Fəqan Ağayev isə ağır xəsarət alıb.

Xəsarət alan F.Ağayev Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Respublika Dövlət Yol Polisində araşdırma başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil
    İyun 28, 2010 - 12:53

    Ne qeder ki, suruculuk vesiqesi pulla alinacaq, yol hereketi qaydalari pozulacaq qezalar da eksik olmayacaq

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər