Bakıda 27 yaşlı arvadını öldürən şəxs: “Mən gecə yatanda…”

442

Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Rahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sualları cavablandırıb. O bildirib ki, arvadı həmişə çantasında bıçaq gəzdirirmiş: “Bir dəfə evdə olanda mübahisə etdik. Bıçağı atanda sağ buduma dəydi. Sonra mən Binədə kirayə ev tutub getdim. Amma məni izləməyə başladı. Yolda rastlaşanda yenə mənə bıçaq çıxardı, sinəmə vuranda çəkildim. Bıçaq sinəmi yaraladı. Üstündən xeyli müddət keçmişdi. Evə uşaqları görməyə gəlmişdim. Yenə də mübahisə elədi. Bıçaqla özünə xəsarət yetirmək istədi. Qollarını kəsmək istəyəndə mən onu tutdum, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sonra saat 3-də mübahisəmiz düşdü. Mən yatanda şəklimi çəkib yeni ailə həyatı qurduğum qadının qardaşına göndərib. Buna əsəbiləşdim. Mübahisəmiz düşəndə qışqırmağa başladım. Əllərimlə boğazından tutub sıxdım, boğuldu. Bunların hamısını şərəf və ləyaqətimi alçatdığı üçün etdim. Əməlimdən peşmanam. Özümün də, onun da ən əsası uşaqlarımızın da həyatını məhv elədim”.

Qeyd edək ki, qətl bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi ev 67-də baş verib.

 Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaş, 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər