Bakıda oğurlandığı iddia edilən 5 yaşlı qızı tapıldı - FOTO - YENİLƏNİB

1311

Bakıda itkin düşən azyaşlı tapılıb.

Bu barədə Open.az-a itkin düşən 5 yaşlı Maralın atası Fuad Muxtarov məlumat verib.

O, qeyd edib ki, qızını naməlum şəxs Xəzər rayon Polis İdarəsinə gətirərək polisə təhvil verib: “Qızım dünən Nizami rayonu ərazisindəki bazarda yoxa çıxıb. Onu kimlər hara aparıb bilmirik. Hazırda polis tərəfindən araşdırmalar aparılır”.

 

***

Bakıda azyaşlı qız itkin düşüb.

Open.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Fuad Muxtarov “8-ci kilometr bazarı”nda 5 yaşlı qızı Maral Muxtarovanın itkin düşdüyünü bildirib.

Uşağın bazarda yük daşıyan arabaçılar tərəfindən oğurlandığını iddia edilir.

Daxil olan məlumat əsasında polis tərəfindən axtarışlara başlanıb.

Bakıda arabaçılar 5 yaşlı qızı oğurladı - ŞOK İDDİA - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər