Bakıda avtobus qatarla toqquşdu: 15-dən çox ölü

684

Bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində ölüm və xeyli insanın yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində 124 saylı sərnişin avtobusu ilə qatar toqquşub.

Qəza nəticəsidə 15 nəfərdən çox insan ölüb, çoxlu sayda insan yaralanıb. Verilən məlumata görə, qatar Bakıda Ağstafa rayonu istiqamətinə hərəkət edirkən dəmir yolu keçidində Lökbatan qəsəbəsindən şəhərə gələn 124 saylı avtobusu vurub.

Hələlik hadisə ilə bağlı dəqiq məlumat verilmir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər